ABŞ Dövlət katibi Entoni Blinken İsrail və Fələstin arasındakı hərbi münaqişənin həlli üçün Səudiyyə Ərəbistanına səfəri zamanı ərəb dünyası liderlərinin “şiddətli müqaviməti ilə” üzləşib.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı Blinken Yaxın Şərq liderlərini HƏMAS-ın İsrailə qarşı hücumlarını pisləməyə inandırmağa çalışıb:
“Səudiyyə şahzadəsi Məhəmməd bin Salman isə əksinə, İsraili Qəzza zolağının mühasirəsini dayandırmağa çağırıb ki, Fələstin xalqı öz qanuni hüquqlarına nail olsun. Blinken və Məhəmməd bin Salman arasında görüş oktyabrın 15-də baş tutub. Əvvəlcə görüşün oktyabrın 14-ü axşam saatlarında olacağı güman edilirdi, lakin Məhəmməd bin Salman görüşə yalnız səhər gəlib. Daha böyük fikir ayrılıqları Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə danışıqlar zamanı yaranıb. O, İsrailin hücumlarının özünümüdafiə hüququnu aşdığını və kollektiv cəzaya çevrildiyini deyib”.