ABŞ Dövlət katibi Entoni Blinken İran Prezidenti İbrahim Rəisinin 19 mayda helikopter qəzasında həlak olması barədə diplomatik etiket qaydalarından kənar ifadələr işlədib.
AzerTimes xəbər verir ki, bu barədə o, senator Ted Kruzun “Rəisinin ölümündən sonra dünya daha yaxşıdırmı” sualına cavab verərkən deyib.
İran xalqı və dünya üçün Prezident İbrahim Rəisinin ölümünün faydalı olduğu fikrini bölüşən Blinken bildirib:
“Onun hakim və prezident kimi fəaliyyətini xatırlasaq və bir daha belə fəaliyyətlərdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bəli, İran xalqı üçün daha yaxşı oldu”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Bundan öncə ABŞ da İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı vermişdi.