ABŞ Bakıya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək. Çünki Azərbaycan ABŞ üçün Ermənistandan az əhəmiyyətli ölkə deyil – bəlkə də daha vacib ölkədir.
AzerTimes xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sərkisyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, ABŞ Dövlət katibinin “İran və Azərbaycan arasında konflikt olacağı təqdirdə ABŞ Bakını dəstəkləyəcək” sözlərini unutmaq olmaz:
“Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, sadəcə, böyük oyunun tərkib hissələrindən biridir. Yəni Qərb Azərbaycana sanksiya tətbiq etməyəcək.
ABŞ Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım edir. Yəni bu, hərbi yardım deyil, təhlükəsizlik yardımıdır. Məqsəd İranla dəniz sərhədinin müdafiəsidir. Son 2-3 ildə Azərbaycana 100 milyon dollara yaxın yardım göstərilib, bu, Ermənistan deyil, İrandan gələn təhdidə qarşı edilib”.