ABŞ Dövlət katibi Entoni Blinken və Çin xarici işlər naziri Vanq Yi arasında Münhendə görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.
Təhlükəsizlik Konfransı çərçivəsində Blinken və Yi ölkələr arasında dialoqun əhəmiyyətini, Tayvan məsələsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, Blinken və Vanq Yi Koreya yarımadasındakı vəziyyəti də gündəmə gətiriblər.