Blinken bu səbəbdən Lavrovla görüşməyəcək

Blinken bu səbəbdən Lavrovla görüşməyəcək

Entoni Blinken G20 sammiti çərçivəsində Sergey Lavrovla görüşməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

Bildirilib ki, Rusiya tərəfi ondan gözlənilən ciddiliyi nümayiş etdirmədiyi üçün görüş baş tutmayacaq.

Qeyd edək ki, G20 Xarici İşlər Nazirlərinin Konfransı sabah İndoneziyanın Bali adasında başlayacaq. Əsas mövzular arasında Ukraynadakı müharibə fonunda enerji və ərzaq təhlükəsizliyinin olduğu deyilir.

Teqlər: