Blinken bu gün Mirzoyanı inandırmalıdır – Politoloq

Blinken bu gün Mirzoyanı inandırmalıdır – Politoloq

Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bugünkü üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, Ermənistan XİN başçısını və onun vasitəsilə Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır.

Bu sözləri AzerTimes-a politoloq Elxan Şahinoğlu ABŞ-da keçiriləcək üçtərəfli görüşü şərh edərkən deyib.

“Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdırlar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib, onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq. Əks halda bugünkü üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq”, – Şahinoğlu əlavə edib.

Teqlər: