ABŞ Prezidenti Co Baydenin son 3,5 ildə apardığı siyasət dünyada Amerika rəhbərliyinə inamı artırıb.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken prezident Co Baydenin debatdakı çıxışı ilə bağlı tənqidlərə cavabında deyib.
“Əgər siz dünya üzrə sorğulara baxsanız, görərsiniz ki, son 3,5 ildə Amerika rəhbərliyinə inam kəskin şəkildə artıb”, – Blinken bildirib.
Qeyd edək ki, C.Baydenin rəqibi respublikaçı Donald Trampla debatda olduqca zəif çıxışı ictimai-siyasi sferada ciddi tənqidlərə səbəb olub.