Blinken ABŞ-ın Rusiya ilə diplomatiyaya hazır olduğunu bildirib

Moskva ciddi əməkdaşlığa hazır olduğunu nümayiş etdirərsə, ABŞ
hakimiyyəti Rusiya Federasiyası ilə diplomatiyada iştirak
edəcək.

Trend xəbər verir ki, ABŞ Dövlət Katibi Entoni Blinken cümə günü
BBC yayım korporasiyasına müsahibəsində deyib.

Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması
perspektivləri ilə bağlı sualı cavablandıran Blinken “Biz həmişə
diplomatiya və dialoq üçün imkanlar axtaracağıq”, – deyə
vurğulayıb.

“Bu, tamamilə Rusiya Prezidenti Vladimir Putindən və Rusiyadan
asılıdır. Əgər onlar ciddi diplomatiyaya hazır olduqlarına dair hər
hansı əlamətlər göstərsələr, təbii ki, biz iştirak edəcəyik. Biz
həm də ukraynalı tərəfdaşlarımıza güvənirik. Onlar RF ilə
danışırlar, amma bu heç nir nəticə vermir”, – Blinken qeyd
edib.

Teqlər: