Black Badge-in ən saf ifadəsi – Black Badge Ghost Azərbaycanda debüt edir (FOTO)

10 Mart, 2022-ci il tarixində yeni Rolls-Royce Black Badge Ghost
Azərbaycanda debüt etdi. Paytaxda keçirilən tədbirdə cəmiyyətin
tanınmış simaları və müştərilər eksklüziv qəbulu zamanı ilk
təəssüratlarını aldılar.

Böyük Britaniyanın Azərbaycanda ticarət elçisi Vinterborndan
olan Baronessa Nikolsen təqdimat zamanı dedi: “Britaniya dizaynı,
mühəndisliyi və istehsalının belə müstəsna nümunəsini təbliğ etmək
imkanım olduğuna görə mən qürur hissi yaşayıram. Hər bir
Rolls-Royce müştərilərimizin sifarişi ilə Qudvud zavodunda əl ilə
yığılır”.

Rolls-Royce Motor Cars həmişə risk alaraq uğur əldə edən qadın
və kişiləri cəlb edib. Son illərdə bu müştərilər öz şərtləri
əsasında lüks məhsullarla təmasda olurlar. Onlar öz hisslərinə
əsaslanan yeni lüks konsepti yaratdılar: estetik cəhətdən daha
tünd, xarakter etibarı ilə iddialı və dizaynda cəsarətli. Onların
Rolls-Royce məhsullarına yanaşması dəyişmir. Minimalizmə və
maddiliyə dəyər verən Ghost müştəriləri avtomobili daha cəsarətli
ifadəsini də görmək istəyirdi.

Brend müştərilərin bu istəyinə müvafiq olaraq, yeni rəng
palitraları, texnoloji cəhətdən daha da təkmilləşdirilmiş səth
üzərində işləmə prosedurları və daha güclü sürücülük təcrübəsi
yaratdı və bunu müştəriləri Rolls-Royce brendinə cəlb edən rahatlıq
konseptini dəyişmədən etdi. Black Badge Ghost “Post Opulence”
üslubunun qaranlıq tərəfidir : minimalizm

Kuzovun imkanları sonsuzdur: müştərilər 44 000 hazırlanmış boya
rənglərindən birini seçə bilər və ya unikal “Bespoke” rəngini
inkişaf etdirə bilərlər. Bununla belə, əksər müştərilər Black Badge
Ghost-u öz qara rəngində istəyirdilər. Avtomobil sənayesində ən
tünd rəng yaratmaq üçün sobada qurutmadan əvvəl 100 funt (45 kq)
boya süzülür və elektrostatik yüklü ağ gövdəyə tətbiq olunur. Daha
sonra avtomobil brendin xüsusi parıltısına nail olmaq üçün dörd
ustadan ibarət komanda tərəfindən əl ilə cilalanmadan əvvəl iki qat
şəffaf lakla örtülür.

Əfsanəvi Black Badge simvolları – “Spirit of Ecstasy” heykəlciyi
və Panteon radiator barmaqlığı da yenidən işlənib. Onlar
elektrolitdən istifadə edilərək xüsusi xromla örtülmüşdür. Bundan
əlavə, güzgü effektinə nail olmaq üçün hər bir hissə əl ilə
cilalanır və avtomobilin kuzovuna quraşdırılır. Son qalınlıq yalnız
bir mikrometrdir – insan saçının eninin təxminən yüzdə biri.

Qabaqcıl lüks materiallar səliqəli şəkildə işlənmiş və interyer
dəstində unikal ab-hava üçün hazırlanmışdır. Black Badge Ghost-un
mexaniki niyyətini xatırladan materiallar orijinallıq və material
məzmunu ilə müəyyən edilən Ghost-un “Post Opulence” dizayn
fəlsəfəsinə uyğundur.

Mühəndislər, markanın rahat idarəetmə tərzini və hərtərəfli
akustik tənzimləmələrini pozmadan Black Badge Ghost-un vizual
görünüş konseptinə uyğun gələn parlaq sürücülük təcrübəsi
yaratdılar.

Black Badge versiyasında Ghost yeni qaranlıq xüsusiyyətinə
malikdir – məsələn, yolda daha kəskin manevrlər zamanı kuzovun
yuvarlanmasını azaltmaq üçün modelin asqısında daha böyük hava
kameraları var. Black Badge Ghost maksimum 600 at gücünə malik
Rolls-Royce 6,75 litrlik V12 tvin-turbo mühərriki ilə təchiz
edilmişdir, fırlanma anı isə 50 Nm – 900 Nm.

“Improtex Motors” və “Rolls-Royce Motor Cars Baku” şirkətlərinin
Baş Direktoru Bayram Yaqubov vurğuladı: “Bizim üçün 2021-ci il çox
uğurlu oldu, yeni Ghost-un minimalist fəlsəfəsi müştərilər
tərəfindən son dərəcə müsbət qarşılandı. Black Badge Ghost ən
qabaqcıl Black Badge modelidir, əminəm ki, o, Rolls-Royce-un
Azərbaycanda fəaliyyətini daha da genişləndirəcək”.

Rolls-Royce Motor Cars-ın Mərkəzi/Şərqi Avropa və Mərkəzi Asiya
üzrə Korporativ Əlaqələrin üzrə Direktoru Frank Tiemann bildirdi:
“Black Badge Wraith müştərilərimizə indiyə qədər ən çevik və həssas
Rolls-Royce-u verdi. Wraith-dən sonra onlar Dawn və Cullinan-da
Black Badge təcrübəsini yaşadılar. İndi isə onlara Black Badge-in
ən saf ifadəsini təqdim etmək zamanı gəldi – Rolls-Royce Black
Badge Ghost.”

Teqlər: