Rusiya ilə Finlandiya arasında bütün münasibətlər Helsinkinin günahı ucbatından tamamilə məhv edilib.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında medianın suallarını cavablandırarkən deyib.
“Hazırda ikitərəfli Rusiya-Finlandiya əlaqələrinin bütün kompleksi tamamilə məhv edilib. Bunun günahı Finlandiya tərəfindədir”, – Lavrov söyləyib.
O qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyata başladıqdan sonra Finlandiya aqressiv və qarşıdurma xarakterli antirusiya siyasətini, o cümlədən silah və hərbi texnikanın tədarükü də daxil olmaqla Kiyev rejiminə fəal dəstək göstərməklə yanaşı, ardıcıl olaraq Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasını müdafiə edib.