Bizimlə addım atın…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi
yeni videoçarx əlilliyi olan şəxslərin aktiv həyata dönüşü üçün
onların reabilitasiya vasitələri, o cümlədən protez-ortopedik
vasitələrlə təminatından bəhs edir.

Bu ilin ilk rübündə Nazirlik tərəfindən əlilliyi olan şəxslərə
13,1 min reabilitasiya vasitəsi verilib. 2020-ci ilin dekabr
ayından başlanan yeni proqram çərçivəsində isə 270 nəfər müharibə
əlili 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə
təmin edilib.

“Həyata bizimlə addım atın” devizini ifadə edən videoçarxda
reabilitasiya vasitələrinin, habelə dünyanın məşhur şirkətləri ilə
əməkdaşlıq müstəvisində 4-cü nəsil müasir protezlərin hazırlanması
və təqdim olunmasından, onların üstünlüklərindən bəhs olunur.

Videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=QTVeRfStw9w

Teqlər: