Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir – Allahşükür Paşazadə

Ağdam. Ceyhun Ələkbərov -Trend:

Ermənistan 30 il ərzində bütün dini abidələrimizi dağıdıb. Ağdam həmişə öz siması ilə seçilən şəhərlərdən olub. Bu gün isə Ağdama baxanda insanın ürəyi ağrıyır.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Ermənistanın məqsədi Azərbaycana aid izləri buradan silmək olub:

“Qəbiristanlıqda gördüklərimiz, dağıdılan məzarlar insanlığa xas olan əlamətlər deyil. Qarabağ şəhidlərinin məzarlığında olduq. Orada 150-dən çox şəhid məzarı var. Qəbirlərin qazılaraq qalıqların çıxarıldığını gördük. Bundan sonra hər birimizin borcudur ki, bu torpaqları bərpa edək. Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir”.

Teqlər: