Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti deyib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini söyləyən nazir diqqətə çatdırıb ki, rəsmi Azərbaycan enerji və nəqliyyat sahəsində vacib rol oynayır.