19 avqustda “Moms Union” təşkilatçılığı ilə və “ Bizim Sufre”-nin dəstəyi ilə ilk “Atalar festivalı” baş tutub. Festivalın əsas məqsədi ataların övlad tərbiyyəsi və inkişafına marağını artırmaq və onları bu proseslərdə aktiv iştiraka səsləmək idi.
Tədbirdə valideyinlər və uşaqlar üçün xüsusi yoqa və meditasiya guşəsi, təlim və konsultasiya sektoru, yarış və xüsusi maraqlı məhsullardan ibarət stendlər var idi.
Tədbirdə valideyinlər üçün ilk dəfə beynəlxalq mütəxəssis tərəfindən uşaq təhlükəsizliyi ilə bağlı təlim keçirilərkən uşaqlara yoqa və meditasiya dərsləri verilirdi. Həmçinin atalar və uşaqlar üçün xüsusi əyləncəli oyunlar keçirildi.Oyun stendlərindən birində
“Bizim Sufre” markasının uşaqlar üçün nəzərdə tutulmuş qatqısız ketçupları ilə ataların maraqlı yarışı baş tutdu.Yaşırın qaliblərinə “ Bizim Sufre” məhsullarından ibarət hədiyyələr təqdim olundu.
Qeyd edək ki, “Moms Union” artıq 3 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində uşaq inkişafı və sağlamlığı ilə bağlı 5 konfrans (toplamda 1800 iştirakçı), qadın sağlamlığı ilə bağlı 7 seminar ( toplamda 400 iştirakçı) 150.000-dən çox ananı əhatə edən 3 beynəlxalq südvermə layihələri, və “Qadınların peşə inkişafı” ilə bağlı 5 qadına təhsil layihəsi həyata keçirmişdir.
Layihə barədə ətraflı: