Bizim pis qonşumuzun hərəkətləri izahata ziddir. Onlar nəzərə alınmalıdır, qiymətləndirilməlidir. Bu cür təkəbbür və ehtiyatsızlıq yolverilməzdir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstan ordusu tərəfindən Egey dənizində, o cümlədən S-300 hava hücumundan müdafiə sistemlərinin istifadəsilə davam etdirilən təxribatlara reaksiya verərkən deyib.
Nazir qeyd edib ki, Afina bir sıra adalarda silah yerləşdirir ki, bu da beynəlxalq demilitarizasiya zonaları statusuna ziddir.