Bizim birinci hədəfimiz “Zəngəzur dəhlizi”nin açılmasıdır – Fərid Şəfiyev

Xəbər - Fərid Zöhrabov -Trend:

Bizim birinci hədəfimiz “Zəngəzur dəhlizi”nin açılmasıdır.

Trend xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun illik fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Bu məsələdə müsbət dinamika var, dəmir yolları ilə bağlı sənəd imzalanacaq, magistral yolla bağlı da danışıqlar gedir”.

F.Şəfiyev bildirib ki. dövlət başçısı tərəfindən müvafiq mesaj verilib.

“Ancaq Ermənistan cəmiyyətində da daim sürprizlər müşahidə etmişik, xüsusilə 1999-cu il hadisələrini qeyd etmək istərdim. Bununla belə, çox optimist olmaq da lazım deyil”

Teqlər: