Adı açıqlanmayan qüvvələr Ermənistanı zorla İttifaq dövlətinin tərkibinə qatmaq niyyətində idilər, lakin erməni xalqı bu planın qarşısını ala bildi.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
“Ermənistanın Rusiya və Belarusun İttifaq dövlətinə daxil edilməsi üçün böyük plan var”, – deyə parlamentari bildirib.
O, 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində erməni xalqının bu böyük geosiyasi planı iflasa uğratdığını deyib.