Kəşfiyyatımız tərəfdaşlarımızla işləyir. Bu məlumatlara görə onlara minnətdarıq. Təhlükə hər gün var. Biz zərbələr üçün prioritetləri bilirik. İnfrastruktur obyektlərinə və ya dövlət qurumlarına zərbələr endirirlər. Amma mən ilk gündən, fevralın 24-dən bu günə kimi nəyinsə dəyişdiyini görmürəm. Rusiya hər zaman belə zərbələrə əl atır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə mümkün raket hücumları ilə bağlı danışarkən deyib.
“Təcavüzkar bunu artıq avqustun 23 və 24-də edə bilər. Kiyev vurulsa, Ukrayna nə edəcək? İndi etdiyini edəcək. Çünki mənim üçün, prezident üçün və hər bir ukraynalı üçün Kiyevə, Çerniqova, Donbasa atılan raket zərbələri Xarkov, Zaporojye və digər yerlərə vurulan zərbələrlə eynidir. Onlar digər şəhərlərdə olduğu kimi cavab olacaq. Əgər bizi vursalar, güclü cavab alacaqlar”.