Avropaya inteqrasiya adı altında Qərb Moldovanı silahla doldurur.
AzerTimes xəbər verir ki, bunu moldovalı müxalif siyasətçi İlan Şor deyib.
“Artıq Moldova üçün heç bir Avropa yolu olmamalıdır, çünki bu yalandır, nə 2 min avro pensiya, nə də alman yolları olacaq. Moldova bunların heç birini Qərbdən və Avropadan almayacaq. Onlara bizim Rusiya ilə döyüşməyimiz lazımdır, amma siz və mən buna imkan verməməliyik. Moldovanı pensiya pulu ilə doldurmaq əvəzinə, silahla doldururlar”, – Şor bildirib.
Qey edək ki, AB-nin dekabrın 14-də keçirilən sammitində Ukrayna və Moldova ilə AB üzvlüyü danışıqlarına başlanılması qərarı verilib.