Bizi “Qarabağ”la ağır döyüş gözləyir – Baş məşqçi

Bizi “Qarabağ”la ağır döyüş gözləyir – Baş məşqçi

Geniş heyətimiz olsa da, bizi iyulun 12-də “Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir.

AzerTimes xəbər verir ki, bunu “Lex”in baş məşqçisi Con Van Den Brom Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib:

“Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq.

Əlavə edək ki, Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.

Teqlər: