
Çeçenistanda Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə PUA hücumu cavab tədbirləri ilə nəticələnəcək.
AzerTimes xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Onlar bizi “dişlədi”, onları məhv edəcəyik, yaxın gələcəkdə heç ağıllarına da gətirməyəcəkləri kimi bir cəza verəcəyik. Heç kimin bizimlə zarafat etməsinə icazə verməyəcəyik”, – o bildirib.
Kadırov cəbhə xəttində olan bütün çeçen komandirlərinə heç bir ukraynalı əsgəri əsir götürməməyi əmr edib.

