Elektrik enerjisi qiymətlərinin daha da artacağı gözlənilsə də, Rusiyaya qarşı sanksiyalara dəstək azalmayacaq.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Bizi çətin aylar gözləyir, amma biz qətiyyətlə Ukraynanın tərəfindəyik və Avropa İttifaqı və beynəlxalq ictimaiyyətlə razılaşdırdığımız sanksiyaları dəstəkləyirik”, – Şolts bildirib.