Bizə silah lazımdır, Şolts bunu anlamalıdır – Podolyak

Bizə silah lazımdır, Şolts bunu anlamalıdır – Podolyak

Ukrayna mümkün qədər daha çox müasir silah əldə etməlidir və Almaniya kansleri Olaf Şoltsun bu məsələdə fəal iştirakına ümid edirik.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyakın fikrincə, Almaniya kanslerinin açıqlamaları onun Rusiya ilə münasibətləri dəyişmək niyyətindən xəbər verir:

“Almaniya Rusiyanın əslində nə olduğunu anlamaq üçün indi fərqli bir yol tutmalıdır. Ukraynanın daha çox silaha ehtiyacı var. Ölkənin uzaqmənzilli artilleriya və çoxsaylı buraxılış raket sistemlərinin təchizatına ehtiyac var ki, bu da düşmənin maddi-texniki və logistika anbarlarını effektiv şəkildə sıradan çıxaracaq”, – Podolyak bildirib.

Teqlər: