Bizə Serbiyanın şərtlərini diktə edirlər – Kurti

Bizə Serbiyanın şərtlərini diktə edirlər – Kurti

ABŞ və Avropa Birliyi nümayəndələri Serbiyanın tələblərini bizə diktə edirlər.

AzerTimes xəbər verir ki, bu sözləri Kosova Baş naziri Albin Kurti deyib.

“Beynəlxalq vasitəçilər, avropalılar bizi çətin vəziyyətdə qoydu. Belqraddan zorakılıqla bağlı əmrlər gəlməsəydi Kosovada sülh olardı”, – deyə o bildirib.

Qeyd edək ki, Kosovanın serblərin sıx yaşadığı bölgələrdə iğtişaşlar səngimir. 23 apreldə alban əsilli bələdiyyə sədrinin seçkilərdə qalib gəlməsi serblərin kəskin narazılığına səbəb olmuşdu.

Teqlər: