

Ukraynalılar üçün təhlükə yaradan təkcə “Şahid” kimi kamikadze dronları deyil, həm də Rusiya pilotsuz təyyarələrini imitasiya edənlərdir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının informasiya şöbəsinin rəisi Yuri İqnat deyib.
Onun sözlərinə görə, Ukrayna səmasında həm PUA-ların, həm də imitatorların sayı artır:
“Biz başa düşürük ki, onların sayı 50/50-yə və ya 40/60-dır. Əksəriyyəti real uçur. Amma imitasiyaçılar da kifayət qədər var. Və onlar hava hücumundan müdafiəni həddən artıq yükləyərək bizim üçün havada vəziyyəti çətinləşdirir”.