Bizə “Nürnberq prosesi” lazımdır – Kobaxidze

Bizə “Nürnberq prosesi” lazımdır – Kobaxidze

Bizə “Nürnberq prosesi” lazımdır ki, Gürcüstan heç vaxt 2004-2012-ci illərdəki öz qaranlıq keçmişinə qayıtmasın.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Heç kim ölkəmizi 2012-ci ildən əvvəl fəaliyyət göstərən rejimə qaytarmamalıdır. Bu, kənardan idarə olunan qanlı rejim idi, onun cinayətləri dəqiqliklə Parlamentin İstintaq Komissiyası çərçivəsində araşdırılacaq”, – Kobaxidze vurğulayıb.

Qeyd edək ki, “Nürnberq prosesi” İkinci Dünya müharibəsinin qalib müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir.

Teqlər: