Rusiya ordusunun nəzarəti altında olan ərazilərə atılan raket zərbələrinin hərbi analizi onu deməyə əsas verir ki, bu, NATO-nun taktikasıdır.
AzerTimes xəbər verir ki, Solovyov bunu “Rossiya 1” telekanalındakı çıxışında deyib.
“Ukrayna ordusu NATO-nun diktəsi ilə Rusiya ordusunun nəzarəti altında olan ərazilərdəki infrastruktur obyektlərinə raket zərbələri endirir. Bu, ordunun işinə birbaşa mane olur. Artıq “sərt hücüm” döyüş taktikasına keçid baş tutmalıdır. Dəqiq zərbələrlə Ukrayna ordusunun yerdəyişmə nöqtələrini, silahların gətirildiyi yollar, “qsm”lər (yanacaq ambarları – red.) vurulmalıdır. Artıq sərt tədbirlərə start verməyin vaxtı gəlib çatdı”, – deyə o qeyd edib.