Bizə əbədi qürur bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarıq – Diaspor təşkilatının rəhbəri (FOTO/VİDEO)

Şuşaya böyük qürur hissi ilə gedirik. Çünki, biz qalib xalqın
nümayəndələri kimi Dünya Azərbaycanlılarının Qurultayını Şuaşada
keçirəcəyik. Tədbirin Şuşada baş tutması həm də böyük rəmzi məna
daşıyır. Bu əvəzsiz hissləri bizə yaşatdığı üçün Müzəffər Ali Baş
Komandanımız İlham Əliyevə xüsusi təşəkkürümüzü bildiririk.

Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
layihəsinə açıqlamasında Dünya Azərbaycanlıları V Qurultayının
iştirakçısı, Rusiya Federasiyası Samara vilayətinin Azərbaycanlılar
Liqasının rəhbəri Şirvan Kərimov deyib.

Diaspor təşkilatının rəhbəri əlavə edib ki, dünyanın müxtəlif
ölkələrindən gələn soydaşlarımız bu günkü güclü və qüdrətli
Azərbaycanla haqqlı olaraq fəxr edir, Qarabağ Zəfərimizlə qürur
duyurlar:

“Biz xarici ölkələrdə başımızı dik tutub gəzirik, torpaqlarımız
düşməndən geri alaraq qırılmış qürurumuzu bərpa etmişik.
Qələbəmizin əks-sədası bütün dünyaya yayılıb. Bu bizi çox
sevindirir”.

Ş.Kərimov bildirib ki, Prezident İlham Əliyevin birbaşa
rəhbərliyi ilə son illər Azərbaycan diasporu çox inkişaf edib,
güclənib, ölkəmizin maraqları lazımi şəkildə qorunur:

“Biz Vətən müharibəsi zamanı da bunun şahidi olduq. Bütün
soydaşlarımız “Dəmir yumruq” kimi Ali Baş Komandan İlham Əliyevin
ətrafında birləşdilər və biz möhtəşəm qələbə qazandıq”.

Ş.Kərimov həmçinin əlavə edib ki, diaspor fəaliyyətinin inkişaf
etməsində Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var:

“Heydər Əliyev Fondu daim bizə dəstəkdir. Fondun rəhbəri,
Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti və qayğısı ilə
çoxşaxəli diaspor fəaliyyəti həyata keçirilir və biz daha da
güclənirik. Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğıya görə
minnətdarıq”.

Müsahibənin videoformatını təqdim edirik.

Teqlər: