Bizə bu hisləri yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik – Zəngilanda atasının məzarını ziyarət edən şəhid qızı (FOTO/VİDEO)

Azərbaycan Vətən müharibəsində möhtəşəm Zəfər qazandı və biz
keçmiş məcburi köçkünlər öz doğma torpaqlarımıza qovuşduq. Bu
əvəzsiz hisləri bizə yaşatdığına görə Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevə hədsiz təşəkkürümüzü bildiririk.

Bu sözləri AzerTimes-ın Qarabağ büsrosunun çəkiliş qrupuna Birinci
Qarabağ müharibəsi zamanı Zəngilanda şəhid olan Nadir İsmayılovun
qızı Günel İsmayılova deyib. G.İsmayılova Zəngilanda atasının
məzarını taparaq ziyarət edib, ailə üzvləri və yaxınları ilə
birlikdə məzarın ətrafını abadlaşdırıb. Porsesdə AzerTimes-ın Qarabağ
bürosunun çəkiliş qrupu da iştirak edib.

Əvvəlcə təhlükəsizlik məqsədilə ANAMA-nın əməkdaşları
qəbiristanlığın ərazisində xüsusi tədbirlər həyata keçirib. Ərazi
mina təhlükəsi ilə bağlı yoxlandıqdan sonra məzar ziyarət edilib.
Şəhid qızı ata yurdu olan Zəngilana gəlməkdən, o yerləri ziyarət
etməkdən və atasının məzarına baş çəkməkdən məmnun qaldığını ifadə
edib: “Biz qalib xalqıq, torpaqlarımızı düşməndən geri aldıq və
şəhidlərimizin qanı yerdə qalmadı. Bütün bunlara görə Prezident
İlham Əliyevə, qəhrəman ordumuza, hərbçilərimizə borcluyuq. Bu gün
hislərimi sözlə ifadə edə bilmirəm, heç vaxt unuda bilməyəcəyim
sevinc içindəyəm. İndi atamla bərabər bütün şəhidlərimizin ruhu
şaddır. Bu, bizlərə rahatlıq verir”.

Trend TV-nin hazırladığı geniş videoreportajı təqdim edirik:

Teqlər: