Alyans Pekinə böhtan atmağı dayandırmalıdır. NATO Çinin xarici siyasətini ləkələyir və onun normal hərbi inkişafı və milli müdafiə siyasəti ilə bağlı məsuliyyətsiz bəyanatlar verir.
AzerTimes xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
Sözçü əlavə edib ki, alyans münaqişə, Soyuq müharibə zehniyyəti və ideoloji qərəzliyi gücləndirir.
Qeyd edək ki, dünən Madriddə keçirilən zirvə toplantısından sonra açıqlanan strateji konsepsiyada NATO-nun Çinin qlobal logistika və iqtisadiyyata nəzarət edərək mövcud dünya nizamını pozmağa çalışdığı bildirilmişdi.