Bizə azərbaycanlıların qəbirlərini qazdırırdılar, meyitləri çıxarıb güllələyirdilər – Keçmiş əsir

Xəbər - Samir Əli – Trend:

Ermənilər bizə Ağdam qəbiristanlığında qəbirləri qazdırıb skeletləri çıxarırdılar, sonra həmin skeletləri güllələyib həzz alırdılar.

AzerTimes-ın məlumatına görə, bunu bu gün Yasamal rayon məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın məhkəmə prosesində zərərçəkmiş Famil Əliyev deyib.

Zərərçəkmiş qeyd edib ki, 1994-cü ildə ermənilər tərəfindən əsir götürülüb: “Əvvəlcə məni Ağdama, ordan isə Xankəndiyə gətirdilər. Səhəri gün Şuşa həbsxanasına apardılar. 7 ay Şuşa həbsxanasında olmuşam. Ora gələndən Lüdvik və Xosrovyanı tanımışam. Həbsxananın həyətində otu çıxarırdılar yerdən, sonra bizə deyirdilər ki, sən ota əziyyət vermisən, bizə otun yerini yalatdırırdılar. Sinəmə siqaret basırdılar. Siqareti bədənimizdə söndürüb yerə atırdılar”.


Zərərçəkmiş bildirib ki, azərbaycanlı əsirlərə Ağdamdakı qəbiristanlıqlara gətirib qəbirləri qazdırıblar: “Bizə azərbaycanlıların qəbirlərini qazdırırdılar, skeletləri çıxarıb güllələyirdilər, Meyitlərin ğzından qızıl dişləri çıxarırdılar. Biz qəbirləri qazmayanda armaturla döyürdülər. Lüdvik və Alyoşa bizi amansız işgəncələrə məruz qoyurdular”.

Teqlər: