Biz azad seçici və sağlam rəqabətli seçki prosesindən çox uzağıq.
AzerTimes xəbər verir ki, bunu İranın eks-prezidenti Məhəmməd Xatəmi İslam Həmrəyliyi Partiyasının Mərkəzi Şurasının iclasında deyib.
“Təəssüf ki, cəmiyyətdə geniş yayılmış narazılığın, hətta zorakılığın təsirlərini gördük. Cəmiyyətin narazı təbəqəsi dedikdə, elitadan və xüsusilə gənclərdən başqa, son iki seçkidə iştirak etməyən 50%-dən yuxarı çoxluğu, eləcə də etibarsız sayılmış bir neçə milyon səsi nəzərdə tuturam. Ehtimal etmək olmaz ki, seçkilərdə iştirak edənlərin hamısı ölkənin vəziyyətindən razıdır”, – o bildirib.