Biz “Zəngəzur dəhlizi” demirik, ancaq… – Zaxarova

Biz “Zəngəzur dəhlizi” demirik, ancaq… – Zaxarova

Diqqətinizə çatdırmaq istərdim ki, biz “Zəngəzur dəhlizi” ifadəsini işlətmirik.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də keçirdiyi brifinqdə deyib.

“Söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik (Zəngəzur) rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir. Kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var. Bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupudur. 2023-cü il iyunun 2-də keçirilən son iclasında tərəflər regionda nəqliyyat və iqtisadi yolların blokadadan çıxarılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın idilər. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”, – o bildirib.

Teqlər: