Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik – Hikmət Hacıyev

Xəbər - Orxan Nəbiyev – Trend:

Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib: “Biz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik. Xocalı soyqırımının cinayətkarları Ermənistanda irqçilik, ayrı-seçkilik, etnik zəmində nifrət kimi ekstremal ideologiyalara əsaslanaraq qəhrəman kimi qəbul edilir”.

Teqlər: