Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın bərpa olunsun – Anar Kərimov

Xəbər - Humay Ağacanova – Trend:

Biz Qarabağın azad edilən ərazilərinə getdikdə mədəni irsimizin dağıdılma miqyasını gördük və başa düşdük ki, mədəniyyəti yenidən canlandırma planlarımız üçün dayanıqlı sülh lazımdı.

AzerTimes-ın məlumatına görə, bunu “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

“Mədəniyyət və sülh anlayışları arasında qarşılıqlı əlaqə var. Biz sülhün mədəniyyətin inkişafına verə biləcəyi töhfə haqqında düşünürük. Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın bərpa olunsun”, deyə nazir qeyd edib.

Nazir bildirib ki, mədəniyyət və sülh anlayışları arasında qarşılıqlı əlaqə var.

“Azərbaycan sülh üçün yalnız təklif irəli sürmür bu istiqamətdə real addımlar da atır”, – deyə o qeyd edib.

Teqlər: