Biz regionda lider olmaq istəyirik – Gürcüstan

Biz regionda lider olmaq istəyirik – Gürcüstan

Biz regionda lider rolunu oynamaq istəyirik. Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləmək səylərimiz buradan qaynaqlanır.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“3+3” formatına gəlincə, burada bizim çox aydın mövqemiz var. Rusiya Gürcüstan ərazilərinin işğalını dayandırmayana və Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər bu formatda iştirak etməyəcəyik. Lakin bu, o demək deyil ki, biz Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcəyik və Gürcüstan, Ermənistan və Azərbaycan arasında üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq. Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığı təşviq edəcək belə bir atmosfer yaratmaq bizim üçün vacibdir”, – Samxaradze bildirib.

Komitə sədrinin sözlərinə görə, Tehranda keçirilən “3+3” formatlı iclasdan sonra çox maraqlı bir kommünike dərc edilib və onun birinci bəndində qeyd olunub ki, ölkələr ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini müvafiq qaydada tanıyır.

Teqlər: