Biz HƏMAS-ı məhv edəcəyik və heç kim bizə mane ola bilməz.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O qeyd edib ki, heç bir kənar təzyiq ölkənin HƏMAS-la müharibəni və girovlar azad edilənə qədər əməliyyatı davam etdirməsinə mane olmayacaq:
“Biz bütün məqsədlərimizə, o cümlədən girovların nəyin bahasına olursa-olsun azad edilməsinə dair razılaşma əldə olunana qədər mübarizə aparacağıq. Müharibə səbəbindən İsrail daxili və xarici təzyiq altındadır”.