Husilərin girovluğunda dörd Ukrayna dənizçisi də var.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Britaniya Baş naziri Rişi Sunakla görüşdə deyib.
“Biz onları geri qaytarmaq üçün çalışırıq”, – Zelenski bildirib.
Qeyd edək ki, Zelenski və Sunak Böyük Britaniyanın baş nazirinin Kiyevə səfəri zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş imzalayıblar.