Biz müharibəni uduzduq, çox ağrılıdır – Meduza

Biz müharibəni uduzduq, çox ağrılıdır – Meduza

Xerson şəhərindən geri çəkilmə Rusiya elitası üçün çox ağrılı olub.

AzerTimes xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb.

“Prezident Vladimir Putinin ətrafından olan sahibkarlardan birinin yaxını isə vəziyyəti daha sərt şəkildə ifadə edib: “Belə anlaşıldı ki, biz əsl müharibəni uduzmuşuq. İnsanlar artıq necə yaşayacaqları, gələcəkdə hansı yeri tutacaqlarını fikirləşməyə başlayıblar”, – nəşr bildirib.

Vahid Rusiya Partiyasın regional bölmələrindən birinin rəhbəri “Meduza”ya bildirib ki, Xersondakı geri çəkilmə biabırçılıq və dövlətdəki xaosun nəticəsidir.

Nəşr qeyd edib ki, bütün bunlara baxmayaraq, Rusiya Prezident Administrasiyasında hələ də vəziyyətə optimist yanaşanlar var:

“Kremldə hələ də Qərbdə ucuz enerjiyə ehtiyac üzündən Ukraynaya dəstək konsensusunun dağılacağına ümid edirlər. Üstəlik, Kremldə səfərbərlik nəticəsində bir neçə aydan sonra Rusiya ordusunun döyüş qabiliyyətinin artacağına və cəbhədə vəziyyətin dəyişiləcəyinə inanırlar”.

Teqlər: