Biz kağız döyüşündə uduzmuşuq: Şuşanı isə o azad etdi!

Biz kağız döyüşündə uduzmuşuq: Şuşanı isə o azad etdi!

Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik?

Siyasi və hərbi səriştənin birlikdə uğur qazana bilmə şansının mümkünlüyünü.

Barıt və kağızdan eyni ustalıqla istifadə edə bilənlərindir zəfər!

Bu ikisinin birini önə çəkib, digərini unut(dur)maq gələcək nəsillərin tarixi şüurunu zədələyə bilər.

İnsanlar yarımçıqlığın uğur gətirdiyinə inana bilərlər, indi də inananlar var.

Mən Azərbaycan xalqının canında, ən azı, min illik əsgəri gücün və təcrübənin yatdığını bildiyim üçün hərbi səriştəmizdən arxayın idim. Amma siyasi güc və təcrübə məsələsində belə bir arxayınlıq yox idi.

Oxuduğum kitablar mənə Səfəvilərin də, Əfşarların da, Qacarların da siyasi səriştəsizliyindən danışmışdı.

Azərbaycanlılar barıtla deyil, kağızla döyüşəndə uduzub həmişə. Bu, digər “barıt imperiyası” Osmanlılara da aiddir.

Ona görə də biz bundan sonra da ölkədə barıtın deyil, kağızın kimin əlində olmasına xüsusi diqqət göstərməliyik.

Mən Şuşanın işğaldan azad olunmasını barıtın deyil, kağızın qələbəsi hesab edirəm.

Əlbəttə ki, əsgəri gücümüzün qarşısında baş əyərək.

Teqlər: