Biz İrəvandan təminat almağı planlaşdırırıq – Rusiya XİN

Biz İrəvandan təminat almağı planlaşdırırıq – Rusiya XİN

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulması Rusiya ilə ikitərəfli münasibətlərə yaxşı təsir göstərmir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Zaxarova söyləyib ki, bu qərar rəsmi İrəvanı bir tərəfdən BCM vasitəsilə Qərbin diktə etdiyi öhdəlik, digər tərəfdən Rusiya ilə siyasi dialoq, o biri tərəfdən Avrasiya inteqrasiyası çərçivəsində qarşılıqlı fəaliyyət arasında seçim qarşısında qoyur:

“Biz erməni tərəfdaşlarımızdan müvafiq ikitərəfli təminat almağı planlaşdırırıq və gözləyirik”.

Teqlər: