Biz heç vaxt suriyalı qaçqınları Türkiyəni tərk etməyə məcbur etməyəcəyik – Ərdoğan

Baku. Trend:

Türkiyə heç vaxt suriyalı qaçqınları öz ölkələrinə qayıtmağa
məcbur etməyəcək.

Trend xəbər
verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət
və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankarada keçirilən
toplantısında çıxış edərkən söyləyib.

Suriyalı qaçqınların öz istəkləri ilə qayıtmaq istəyəndə onsuz
da qayıdacaqlarını bildirən dövlət başçısı vurğulayıb ki, Türkiyə
onları heç vaxt güc yoluyla düşmənə təslim etməyəcək.

“İraqda, Suriyada və ya başqa yerlərdə təqib və müharibədən
qaçıb ölkəmizdə sığınacaq axtaranlar qonaqlarımızdır. Əgər könüllü
qayıtmaq istəsələr, qayıda bilərlər, əks halda qapılarımız
qaçqınların üzünə açıq qalacaq. Müdafiəyə ehtiyacı olanlara ev
sahibliyi etmək türk ənənəsinin bir parçasıdır”, – R.T. Ərfoğan
əlavə edib.

Teqlər: