Biz Ermənistanı revanşizm ideyalarına son qoymağa, mehriban qonşuluğa dəvət edirik – Allahşükür Paşazadə

Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın, multikultural
mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə
qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu
danılmazdır.

Trend xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə “Prioritet Qlobal
Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq
konfransda çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, bu gün azad edilən torpaqlar minalardan
təmizlənir, orada yenidənqurma işləri aparılır, işğal dövründə
törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş
milli, dini, mənəvi abidələr bərpa edilir, bölgədə sülh və rifah
yönündə iqtisadi layihələrlə çıxış edilir: “Bunun əksinə, monoetnik
Ermənistanda bu gün də qisasçılıq meylləri vardır. Biz Ermənistanı
təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına
son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bütün
deyilənləri ümumiləşdirsək, multikulturalizm ideyaları dünyanın
bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf
etdirilməli, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi
olmalıdır”.

Teqlər: