Biz də İsrail kimi qadınları orduya çağırmalıyıq.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva çıxış edib.
“Ukrayna yaxın illərdə qadınları səfərbər etməyə məcbur qalacaq. Bu, işə qəbul olunanların çatışmazlığı problemini həll etmək üçün lazımdır”, – müşavir vurğulayıb.