Biz də Bakıda Şarl de Qollun barelyefini sökək? – Foto

Biz də Bakıda Şarl de Qollun barelyefini sökək? – Foto

Fransanın Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi barədə şəhər meriyasının qərarı Azərbaycanda müxtəlif reaksiyalar doğurub.

AzerTimes xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev Xurşidbanu Natəvanın vaxtilə fransız yazıçısı Aleksandr Dümanı qonaq etdiyini, onu bahalı hədiyyələrlə yola saldığını xatırladaraq, Xan qızının Fransaya və ədəbiyyata, mədəniyyətə dəyərini xatırladıb.

Eyni zamanda bildirib ki, Qız qalası yaxınlığında İsa bəy Hacınskinin evinin üzərində bir müddət burda qonaq qalmış keçmiş fransız prezidenti Şarl de Qollun da barelyefi var:

“Xurşidbanu Natavanın heykəlinin sökülməsi barədə qərar, hələ bu az imiş kimi, üstünə qırmızı boya atıb təhqir edilməsi cavabsız qalmalı deyil. Hesab edirəm ki, bizim meriya da Şarl de Qollun barelyefini sökərək, Fransa səfirliyinə göndərə bilər”.

Teqlər: