Biz bütün dünyaya bəyan etdik ki, milli iradəni tankla, tüfənglə təslim etmək olmaz.
Axaraz xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul qiyam cəhdinin ildönümü ilə bağlı çıxışında deyib.
Yeddi il öncə iyulun 15-nə keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin aradan qaldırıldığını qeyd edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb:
“Biz xalq olaraq nəsildən-nəslə danışılacaq böyük bir dastan yazdıq. Biz bütün dünyaya bəyan etdik ki, tankla, topla, tüfənglə milli iradəni təslim etmək olmaz. Biz dünyaya necə birləşmək lazım olduğunu göstərdik”.