Polşa gələn il müdafiə xərclərini 33 milyard dollara çatdıracaq ki, bu da ölkə ÜDM-nin 4 faizini təşkil edir.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda məlumat verib.
“Polşanın müdafiəyə xərcləməyi planlaşdırdığı məbləğ bütün dünyanı heyran edir. Bu cür xərclər eyni zamanda Polşa silahlı qüvvələrinin bir çox sahələrində modernləşməyə imkan verəcək”, – prezident vurğulayıb.