NATO ölkələri Rusiyanın silah və sursat istehsalı ilə ayaqlaşa bilmək üçün sənaye istehsalını artırmalıdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden NATO sammitinin açılış sessiyasında deyib.
“Biz ittifaqın geridə qalmasına icazə verə bilmərik. Bütün NATO üzvləri sənaye imkanlarını genişləndirməyə sadiqdirlər. Biz daha kritik müdafiə vasitələrini daha tez istehsal edə biləcəyik”, – Bayden qeyd edib.