Biz buna Azərbaycanın sahəsində nail olduq – Simson

Biz buna Azərbaycanın sahəsində nail olduq – Simson

Azərbaycan ümumavropa qaz tədarükçüsüdür.

AzerTimes xəbər verir ki, bu barədə Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson özünün Tvitter hesabında bildirib.

“Bu gün (mayın 2-si – red.) mən Azərbaycanın energetika naziri Pərviz Şahbazovla strateji tərəfdaşlığımızı müzakirə etmək üçün AB-Azərbaycan Enerji Dialoqunu təşkil etdim. Azərbaycan ümumavropa qaz tədarükçüsüdür. Amma bizim əməkdaşlığımız qaz sektorundan kənara çıxır, çünki bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var”, – K.Simson yazıb.

K.Simson qeyd edib ki, Avropa bu qışdan qaz anbarlarının yarısı dolu, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla çıxıb:

“Biz buna AB ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın köməyi sayəsində nail olmuşuq. Hər ikimiz strateji tərəfdaşlığımızı reallaşdırmaq əzmindəyik”.

Teqlər: