Biz bu ölkələrə Rusiya qadağası qoya bilmərik – Borrell

Biz bu ölkələrə Rusiya qadağası qoya bilmərik – Borrell

Avropa Birliyi Rusiyanın Afrika ölkələri ilə ticarətinə müdaxilə edə bilmir. Eyni zamanda, AB Afrika ölkələrindən Ukraynadakı müharibədə tərəf seçməyi tələb etmir, yalnız BMT Nizamnaməsinə əməl etməyi tələb edir.

AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Rusiya ilə ticarət etmək istəyirlərsə, mən nə edə bilərəm? Mən onlara mane ola bilmərəm. Biz onlardan xahiş etmirik və heç bir Afrika ölkəsindən və ya dünya ölkələrindən tərəf seçmələrini istəmirik. Biz onlardan yalnız BMT nizamnaməsinin tərəfini tutmalarını xahiş edirik”, – o deyib.

Teqlər: